Məhbus müəllimin vəziyyəti ağırlaşdı

15:20 - 14 Sentyabr 2023 - GÜNDƏM

 Məhbus müəllimin vəziyyəti ağırlaşdı

Tehranın Qızılhisar həbsxanasında saxlanılan Güney azərbaycanlı müəllim və siyasi məhbus Cəfər İbrahiminin səhhəti ağırlaşıb.

BUTA.TV xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, o, xəstəxanaya köçürülüb.

Sentyabrın 7-dən 12 siyasi məhbusla aclıq aksiyası keçirən müəllimin huşunu itirdiyi, həyatının təhlükədə olduğu bildirilib.

Qeyd edək ki, Həmədan şəhərindən olan Cəfər İbrahimi İran Müəllimlər Birliyinin 2022-ci il mayın 1-ə təyin etdiyi kütləvi etiraz aksiyalarından bir gün öncə - aprelin 30-da təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. O, “əlbir olmaq və toplaşmaq”, habelə “hökumət əleyhinə təbliğat” ittihamları ilə 5 il azadlıqdan məhrum edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol