Zelenski gələn həftə Baydenlə görüşəcək

23:08 - 14 Sentyabr 2023 - GÜNDƏM

 Zelenski gələn həftə Baydenlə görüşəcək

Ukrayna Prezidenti Vladimir Zelenski gələn həftə Nyu-Yorkda BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinə səfəri zamanı amerikalı həmkarı Co Baydenlə görüşmək niyyətindədir.

BUTA.TV xəbər verir ki, bu barədə NBC televiziyası Ukrayna hakimiyyətinin adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

Ukraynalı məmur görüşün Baş Assambleya çərçivəsində baş tutacağını, yaxud Baydenin Vaşinqtonda Zelenskini qəbul edəcəyi barədə məlumatlı deyil.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol