Stoltenberq ABŞ-a səfər edəcək

21:42 - 15 Sentyabr 2023 - GÜNDƏM

 Stoltenberq ABŞ-a səfər edəcək

NATO Baş katibi Yens Stoltenberq ABŞ-a səfər edəcək.

BUTA.TV xəbər verir ki, Stoltenberq sentyabrın 18-dən sentyabrın 21-dək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün Nyu Yorkda səfərdə olacaq.

Sentyabrın 19-da NATO Baş katibi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 78-ci Sessiyasının açılışında iştirak edəcək. Onun yüksək səviyyəli rəsmilərlə də görüşləri olacaq.

Sentyabrın 21-də isə Baş katib Xarici Əlaqələr Şurasında müzakirələrdə iştirak edəcək.

O, həmçinin ABŞ Dövlət katibi Entoni Blinkenin ev sahibliyi edəcəyi Transatlantik şam yeməyində iştirak edəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol