2023-2024 payız-qış dəbi açıqlandı

01:14 - 16 Sentyabr 2023 - GÜNDƏM

 2023-2024 payız-qış dəbi açıqlandı

Artıq payız fəslindəyik. Payızın gəlişi dəb aləminə də təsirsiz ötüşməyib.

BUTA.TV xəbər verir ki, 2023-2024 payız-qış dəbi artıq müəyyən edilib.

Araşdırmalarımıza əsasən, bu payız burnu açıq ayaqqabılar, dəri parçadan hazırlanmış geyimlər çox dəbdə olacaq. Mövsümün əsas rəngləri isə qırmızı, narıncı, bənövşəyi və bozdur. Qara bütün nəcibliyi və əzəməti ilə yenidən həyatımızdadır.

Böyük, kiçik, rəngli, solğun hər növ çiçək naxışları, fərqli kəsilmiş ağ köynəklər bu mövsümün trendlərinə daxildir. Oversize geyimlər bu ildə öz yerini qoruyub saxlayır.

Moda bizə bu mövsüm çarpayıdan yenicə qalxmış qadın obrazını təqdim edir. Yəni quruluşsuz, dağınıq saçlar, nə tapırsa geyinmək və uyğunsuzluğun ahəngdarlığı. Bir sözlə, bu mövsüm diqqətsizlik ön plandadır. Təbii ki, buna zəriflik əlavə etmək vacibdir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol