Kaftancıoğludan Özələ: Əvvəl özünü dəyiş...

15:44 - 16 Sentyabr 2023 - GÜNDƏM

 Kaftancıoğludan Özələ: Əvvəl özünü dəyiş...

2018-ci il nizamnaməsinin memarı olanlar partiyada dəyişiklik lazımdır deyirlər.

BUTA.TV xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul təşkilat rəhbəri Canan Kaftancıoğlu deyib.

“Məsələn, sonuncu dəfə 2018-ci ildə düzəliş edilmiş qanunda o qədər qeyri-müəyyən ifadələr var. Məsələn, bizim keçmiş qaydalarımız daha aydın idi. Heç olmasa qayda qoyulmuşdu və açıq şəkildə bilirdin ki, nə istəyirlər. İndi mən bunu niyə deyirəm? 2018-ci il nizamnaməsinin memarı olanlar deyirlər ki, “partiyada dəyişiklik lazımdır”. Qardaş, əvvəl özünü dəyiş, başqa heç nə deməyəcəyəm”, - partiya rəsmisi bildirib.

Qeyd edək ki, ötən gün CHP qrup sədri Özgür Özəl partiya sədrliyinə namizədliyini irəli sürdüyünü açıqlayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol