İran ABŞ-la bu halda məhbus mübadiləsi aparacaq

21:06 - 16 Sentyabr 2023 - GÜNDƏM

 İran ABŞ-la bu halda məhbus mübadiləsi aparacaq

Tehran Cənubi Koreyada dondurulmuş 6 milyard dollarlıq İran aktivləri Qətərdəki hesablarına çatdıqdan sonra ABŞ ilə məhbus mübadiləsi aparacaq.

BUTA.TV xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, yaxın bir-iki gün ərzində ABŞ-ın sanksiyaları nəticəsində Cənubi Koreya banklarındakı hesablarda dondurulmuş 6 milyard dollar Qətərin iki bankındakı İran hesablarına köçürüləcək:

"İran Mərkəzi Bankı vəsaitlərin köçürülməsini təsdiqlədikdən sonra Dohada Tehran və Vaşinqton arasında razılaşmaların mübadiləsi aparılmalıdır".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol