4-17 sentyabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatı başa çatmaq üzrədir.
BUTA.TV xəbər verir ki, Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 894 atlet (469 kişi + 425 qadın) iştirak edir. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var.
Körpücük üzərinə son olaraq Dadaş Dadaşbəyli çıxıb. O, 109 kq çəki dərəcəsində yarışıb.
Atletimiz birdən qaldırma hərəkətində 180 kq-ı ram edib və bu hərəkətdə dünya çempionatının bürünc medalını qazanıb.
Dadaş təkanla qaldırma hərəkətində 223 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə dünya çempionatının bürünc medalçısı olub.
Toplam 403 kq (180+223) nəticə göstərən Dadaşbəyli, dünya çempionatının yekun sıralamasında da 3-cü yeri tutaraq fəxri kürsüdə qalxıb.
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...