Tehran yaxınlığındakı həbsxanada yanğın

23:40 - 16 Sentyabr 2023 - GÜNDƏM

 Tehran yaxınlığındakı həbsxanada yanğın

Bu gün axşam saatlarında Tehran yaxınlığında yerləşən Qərçək həbsxanasında güclü yanğın baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə həbsxanada saxlanılan məhkumların yaxınları məlumat yayıblar.

Həbsxana ətrafında xüsusi təyinatlı qüvvələrin yerləşdirildiyi, məhbus yaxınlarının bölgəyə buraxılmadığı bildirilir.

Təsdiq olunmamış ilkin məlumatlara görə, yanğın həbsxananın mətbəx bölməsindən başlayıb və məhbusların saxlanıldığı bölmələrə sirayət edib.

Həbsxana nümayəndələri yanğınla bağlı hər hansı açıqlama verməyiblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol