Paris merinin köməkçisi azərbaycanlılara qarşı təxribat törətdi

01:28 - 17 Sentyabr 2023 - GÜNDƏM

 Paris merinin köməkçisi azərbaycanlılara qarşı təxribat törətdi

Fransanın paytaxtı Paris şəhərinin 15-ci rayonunda keçirilən “Assosiasiyalar Forumu”nda Azərbaycan stendinin qarşısında Paris merinin erməni əsilli köməkçisi təxribat törədib.

BUTA.TV Report-a istinadən xəbər verir ki, Paris merinin assosiasiyalar üzrə köməkçisi, erməni əsilli Anouch Toranian bir nəfər fransalı həmkarının müşayiəti ilə Azərbaycanın stendinin qarşısında dava salıb və stendimizi dağıtmağa çalışıb.

Anouch Toranian Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının üzvlərini təhqir edib, ölkəmizə dair nalayiq sözlər işlədib. Lakin təxribatın qarşısı alınıb.

Qeyd edək ki, Fransa-Azərbaycan Dialoqu Assosiasiyası ölkəmizi Parisin 15-ci rayonunda keçirilən ənənəvi mədəniyyət tədbiri olan “Assosiasiyalar Forumu”nda təmsil edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol