Molla rejimini təbliğ edən sayt redaktoru həbs edildi

20:02 - 17 Sentyabr 2023 - GÜNDƏM

 Molla rejimini təbliğ edən sayt redaktoru həbs edildi

Azərbaycanda İranın molla rejimini təbliğ edən sayt redaktoru barəsində həbs qərarı çıxarılıb.

BUTA.TV xəbər verir ki, bu barədə "MOUZE" Teleqram kanalı məlumat yayıb.

Qeyd olunub ki, məhkəmənin qərarı ilə molla rejimini təbliğ edən, dini xəbərlər yayan "Maide.Az" saytının redaktoru Qədir Məmmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, o, narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinir. Lakin Q.Məmmədov özünü buna görə təqsirli bilməyib. O, ruhani olduğu üçün həbs olunduğunu iddia edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol