BQXK maşınları Laçın-Xankəndi yolundan keçdi

07:16 - 18 Sentyabr 2023 - GÜNDƏM

 BQXK maşınları Laçın-Xankəndi yolundan keçdi

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yüklər daşıyan Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları Laçın-Xankəndi yolundan keçib.

BUTA.TV xəbər xəbər verir ki, maşınlara vizual baxış keçirildikdən sonra onların keçidi təmin olunub.

Hazırda 1 maşın əraziyə yük daşıyır. Bundan başqa, 3 minik maşını ərazidən keçir. Bununla paralel olaraq Ağdam - Xankəndi yolu vasitəsilə də Qarabağa ərzaqlar daşınır.

Qeyd edək ki, sülhməramlıların müvəqqəti yerləşdiyi Laçın - Xankəndi va Ağdam - Xankəndi yolu vasitəsilə əraziyə ərzaqların daşınması barədə sentyabrın 1-də razılıq əldə olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol