Astarada sel körpüləri dağıtdı: kəndlərlə əlaqə kəsildi

09:56 - 18 Sentyabr 2023 - GÜNDƏM

 Astarada sel körpüləri dağıtdı: kəndlərlə əlaqə kəsildi

Astarada sel fəsadlar yaradıb.

BUTA.TV xəbər verir ki, ötən gecədən başlayan leysan xarakterli yağış nəticəsində dağ çaylarında suyun səviyyəsi kəskin artıb.

Nəticədə Vaqo kəndində yerləşən köpünü sel aparıb. Pensər-Toradi yolunda isə çökmələr baş verib. Yol qəzalı vəziyyətə düşdükdən sonra 10-dan artıq kəndin rayonla əlaqəsi kəsilib.

Pensərçayın daşması nəticəsində də bir neçə kəndlə əlaqə kəsilib, sel suları həyətlərə dolub.

İlkin məlumatlara görə, artıq bir neçə kənddə körpüləri sel aparıb, gediş-gəliş çətinləşib. Rayonun Təngərüd, Şiyəkəran, Pensər, Ərkivan kəndlərində meyvə bağlarına, təsərrüfatlara ciddi ziyan dəyib.

Lənkəranda da Lənkəran çayının maksimum səviyyəyə qalxması müşahidə olunur. Artıq bir neçə istiqamətdə su məcrasından çıxaraq həyətlərə dolmaqdadır.

Hazırda bölgədə intensiv yağış davam edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol