Türkiyə Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında aktiv və məhsuldar rol oynayır. Biz dəfələrlə Ermənistan tərəfi ilə danışıqlar apararaq sülh prosesinin sürətlənməsi istiqamətində addımlar atmışıq.
BUTA.TV Report-a istinadənxəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda ABŞ-dəki beyin mərkəzlərinin nümayəndələri ilə görüşü zamanı bu ilin iyun ayında Azərbaycana səfər edən amerikalı jurnalist, “Schirach Report” İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru Paolo fon Şiraxın sualını cavablandırarkən deyib.
“Qardaş ölkəniz olan Azərbaycanın dəvəti ilə Qarabağa getdim və bölgədə gördüklərim məni çox təsirləndirdi”- deyən jurnalist Türkiyənin iki ölkə arasında sülhün əldə edilməsi istiqamətində atdığı addımlar barədə Ərdoğana sual ünvanlayıb.
Prezident isə cavabında bildirib ki, rəsmi Ankara bölgədə davamlı sülhün bərqərar olmasında çox ümidlidir və Azərbaycanın problemin həllindəki səylərini alqışlayır:
“Biz azərbaycanlı qardaşlarımızla bərabər bölgədə sülhün bərqərar olması üçün səylərimizi davam etdiririk. Türkiyə bu problemim həlli üçün bütün imkanlarını ortaya qoyub və hər iki tərəflə yaxından əlaqədədir. İki ölkə arasında sülhün bərpa olunması regiona öz töhfəsini verəcəyinə ümid edirik”.
- Mirzoyan və Rubiodan “Tramp yolu” ilə bağlı birgə bəyanat
- İran bir neçə milli dövlətə parçalana bilər - Arkov
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi