Ukrayna ordusu Baxmutun cənubuna uğurlu hücumla rusların elit bölmələrini darmadağın edib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.
Məlumata görə, Ukrayna ordusu Andreyevka və Kleşiyevkanın azad olunması zamanı 72-ci motoatıcı briqada, Hava Desant Qüvvələrinin 31-ci və 83-cü qvardiya briqadalarının bölmələrini tamamilə məhv edib.
“Şərq” taborunun komandiri Aleksandr Xodakovskinin Hava Desant Qüvvələrinin 31-ci briqadasının komandirinin öldürülməsini açıqlaması da bunu sübut edir. 72-ci motoatıcı briqada da döyüşdə effektsiz olub, onun dəqiq itkiləri hələ də bəlli deyil. Bu hava-desant bölmələri əks-hücumlarda və Ukrayna ordusunun hücum əməliyyatını dayandırmaq cəhdlərində iştirak ediblər”, - hesabatda qeyd olunub.
Qeyd edək ki, rusların 72-ci motoatıcı briqadasının məhv edilməsi ilə bağlı Ukrayna Silahlı Qüvvələrinin 3-cü hücum briqadası da məlumat yaymışdı.
- Mirzoyan və Rubiodan “Tramp yolu” ilə bağlı birgə bəyanat
- İran bir neçə milli dövlətə parçalana bilər - Arkov
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi