Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri davam edir.
Tədbirlər çərçivəsində yalnız legitim hərbi obyektlər və hərbi infrastruktur dəqiq silahlarla hədəfə alınır və sıradan çıxarılır.
Yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırırıq. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılır.
Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunacaq.
Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq.
Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb.
|
Tarix
2023.09.19 / 14:26
|
Müəllif
BUTA.TV
|
Müdafiə Nazirliyi məlumat yayıb
XİN-dən antiterror tədbirləri ilə bağlı - Məlumat
Düşmənin dağıdılmış postu - Video
Ordumuz intensiv atəşə tutulur
Daha bir nöqtə atışı: döyüş məntəqəsi məhv edildi - Video
Ermənistan çox təhlükəli oyun oynayır - Amerikalı ekspert
Ukrayna “Abrams”ları tezliklə alacaq - Ostin
Putin Szinpinlə görüşmək üçün Çinə gedəcək
Ordumuzun möhtəşəm nöqtə atışı: TOR məhv edildi - Video
Bakı və Moskva Qarabağda buna imkan verməyəcək
Ordumuzun antiteror tədbirləri ilə bağlı son məlumat
Sabahın hava proqnozu açıqlandı
Ermənilərin texnikası belə sıradan çıxarılır - Foto
Ermənilər Ağdamı artilleriya atəşinə tutur
Ordumuz bu əraziləri hədəfə almır - MN
Ordumuzun başlatdığı antiterror tədbirlərinin məqsədi
Ordumuz erməni mövqelərini darmadağın edir - Təcili
Ordumuz antiterror tədbirlərinə başladı - Təcili
Bu minalar yaxın zamanda yerləşdirilib… - Səfir
Xocavənddə yaralanan polislərlə bağlı yeni açıqlama
Daha 7 erməni xəstə Xankəndidən aparıldı
Xocavənddə həlak olan polislərimiz - Foto
Verdyan: Qarabağda terror - azərbaycanlıları onlar öldürür
ABB beynəlxalq “SIBOS-2023” sərgi-konfransında
ABŞ artıq başa düşür ki, bu, İrana qarşı təsirli deyil
Ombudsmandan Xocavənddəki terror aktına reaksiya
Astarada yol çökdü, körpü dağıldı - Foto
“Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!
Ərdoğandan amerikalı aparıcıya sərt reaksiya
Erməni təxribatı: İki hərbçimiz yaralandı - Son dəqiqə
- Mirzoyan və Rubiodan “Tramp yolu” ilə bağlı birgə bəyanat
- İran bir neçə milli dövlətə parçalana bilər - Arkov
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
































