Rusiya ərazisində qiyam yetişir.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
Onun sözlərinə görə, proses artıq başlayıb və o, Rusiyanın parçalanmasına gətirib çıxarmalıdır.
“Düşünürəm ki, bu, artıq yürüş olmayacaq. 1991-ci ilin avqustunda SSRİ-nin dağılmasının necə baş verdiyini xatırlayaq. 1991-ci ildə olduğu kimi, “QKÇP qrupu” artıq orda da yetişməkdədir və onlar orada toplaşıblar, bu, məlum faktdır. Və bunun kimin əlində olduğunu, necə baş verdiyini başa düşürük. Deyə bilərəm ki, heç kim buna təsir göstərə bilməyəcək, Rusiya parçalanmağa məcbur olacaq və bu bizim həyatımızda mütləq olacaq. Və heç bir qüvvə buna mane ola bilməz, çünki bu, tarixi prosesdir”, - Danilov bildirib.
Danilov bildirib ki, bu proseslərə təsir edəcək amillərdən biri də Çeçenistan rəhbəri Ramzan Kadırovun ağır xəstəliyidir, o, yəqin ki, komadadır.
- Ermənistan bizi Qafqazdan çıxarır – Solonnikov
- Təbrik edirəm, mühüm addım atıldı - Paşinyan
- Mirzoyan və Rubiodan “Tramp yolu” ilə bağlı birgə bəyanat
- İran bir neçə milli dövlətə parçalana bilər - Arkov
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos