Ukrayna bu adanın bir hissəsini ələ keçirdi

11:32 - 20 Sentyabr 2023 - GÜNDƏM

 Ukrayna bu adanın bir hissəsini ələ keçirdi

Ukrayna ordusu sentyabrın 19-da Verbovoe rayonunda irəliləyib və bir neçə kiçik kəşfiyyat qrupu Dnepr çayının sol sahilindəki Antonov körpüsü ərazisinə və Kazak adasına çıxıb.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu rusiyalı hərbçilərə istinadla məlumat yayıb.

Bildirilib ki, Ukraynanın bir neçə kiçik kəşfiyyat-diversiya qrupu Dnepr çayının sol sahilinə - Podstepnoydan şimala və Kazak adasına çıxa bilib. Hazırda Ukrayna qüvvələri adanın şimal hissəsinə nəzarət edirlər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol