Akopyan yalvardı: Danışığa gedin...

11:38 - 20 Sentyabr 2023 - GÜNDƏM

 Akopyan yalvardı: Danışığa gedin...

Bir müddət öncə Azərbaycanın humanitar yardımlarını qəbul etməyəcəklərini, Azərbaycan məhsulu gələcəyi halda onu yandıracaqlarını, Azərbaycan çörəyini yeməyəcəklərini bəyan edən, Yevlaxa danışığa gəlməkdən imtina edən separatçılar indi danışıqlar üçün yalvarmağa başlayıblar.

BUTA.TV xəbər verir ki, erməni jurnalist Tatul Akopyan Ermənistan hakimiyyətini və Qarabağdakı separatçıları danışıqlara başlamağa çağırıb.

“Aldığım məlumata görə, Azərbaycan Ordusu müdafiə xəttini yararaq Xocavənd və Əsgəran istiqamətində irəliləməyə başlayıb. Ermənistandakı və Qarabağdakılar, danışıqlara qoşulun və həmvətənlərimizi xilas edin. Qərarları qəbul etməkdən qorxmayın. Azərbaycanla danışıqlara gedin”, - Akopyan bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol