ABŞ-dakı konsulluğumuzun binasına hücum edildi - Video

12:22 - 20 Sentyabr 2023 - GÜNDƏM

 ABŞ-dakı konsulluğumuzun binasına hücum edildi - Video

Azərbaycanın ABŞ-nin Los-Ancelos şəhərindəki Baş Konsulluğunun binasına boya tökülüb.

BUTA.TV xəbər verir ki, bu barədə məlumat və uyğun video sosial şəbəkədə yayılıb.

Bildirilib ki, Baş Konsulluğun binasının bütün ətrafı boyanıb və qapıları bağlanıb.

Azərbaycanın diplomatik missiyasının binasına hücumu ermənilərin törətdiyi bildirilib.

Hadisə baş verən zaman ərazidə polis əməkdaşları görünməyib. Mütəxəssislər bildiriblər ki, ötən illərin təcrübəsinə əsasən, Los-Ancelos polisi və uyğun qurumlar Baş Konsulluğun təhlükəsizliyini gücləndirmək üçün əlavə tədirlər görə bilərdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol