Sülh, ilk növbədə, ərazi bütövlüyünə, suverenliyə hörmət deməkdir. Sülh mükafatı separatizmdə ittiham olunan insana necə verilə bilər?
BUTA.TV xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsini şərh edən Ukrayna Ali Radasının üzvü Aleksey Qonçarenko deyib.
Bu mükafatın Ruben Vardanyana verilməsinin qəbuledilməz olduğunu vurğulayan deputat bildirib:
“Əvvəla qeyd edim ki, Ruben Vardanyan Ukraynanın sanksiya siyahısındadır. Ukrayna hökuməti onun adını Rusiya oliqarxı kimi sanksiya siyahısına daxil edib. Rusiya oliqarxı olmaq bu və ya digər şəkildə Putinin pul kisəsi olmaq deməkdir. Belə bir insanın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi şok effekti yaradır və qəbuledilməzdir. Bu şəxs çirkli pulların yuyulmasında və digər cinayətlərdə ittiham olunur”.
A.Qonçarenko bildirib ki, Ukraynada sanksiya siyahısı xüsusi xidmət və hüquq-mühafizə orqanları tərəfindən tərtib edilir. Əgər kimsə bu siyahıya daxil edilirsə, bunun üçün əsaslı səbəblər var. Vardanyanla bağlı səbəb onun rəhbərlik etdiyi müəssisələrin Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə təhdid törətməsidir.
- Maduro tutularkən ABŞ hərbçilərindən nə xahiş edib?
- Maduronun saxlanılandan sonra ilk - Fotosu
- ABŞ Maduro ilə həyat yoldaşını ələ keçirdi - Təcili
- Moskvadan Gəncəyə uçmalı olan təyyarə gecikir
- Rusiya üçün döyüşən daha bir azərbaycanlı öldü - Foto
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi