Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub.
BUTA.TV xəbər verir ki, günün yeganə oyununda "Zirə" və "Araz-Naxçıvan" komandaları üz-üzə gəlib. Zirə Olimpiya İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda yeganə qolu 89-cu dəqiqədə İqor Ribeyro vurub.
Bu nəticədən sonra "Zirə" 49 xalla turnir cədvəlində dördüncü pillədə qalıb. "Araz-Naxçıvan" isə 35 xalla səkkizinci yerə yüksəlib.
Turun əvvəlki oyunlarında "Sabah" "Səbail"i 2:0, "Kəpəz" "Qəbələ"ni 1:0, "Neftçi" "Turan Tovuz"u 3:0, "Sumqayıt" isə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.
- Maduro tutularkən ABŞ hərbçilərindən nə xahiş edib?
- Maduronun saxlanılandan sonra ilk - Fotosu
- ABŞ Maduro ilə həyat yoldaşını ələ keçirdi - Təcili
- Moskvadan Gəncəyə uçmalı olan təyyarə gecikir
- Rusiya üçün döyüşən daha bir azərbaycanlı öldü - Foto
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi