Paşinyan dedi ki, sərhəd hətta kəndin ortasından da keçə bilər. Paşinyanın sözlərini təkrar edirəm: dedi ki, orada sərhədçi dayana bilər, 7 gün təhlükəsiz olacaq, amma 8-ci gün təhlükəsiz olmayacaq, mən haradan bilim?
BUTA.TV erməni mediasına istinadla xəbər verir ki, bu sözləri müxalif “Hayastan” fraksiyasından olan deputat Geqam Nazaryan Kirants kənd sakinlərinin Baş nazir Nikol Paşinyanla görüşü haqda deyib.
O bildirib ki, kirantslılar indi şokdadırlar, qapını açıb Azərbaycan əsgərini görə bilərlər.
Onun iddiasına görə, sərhəd sovet dövründə olduğu kimi deyil, “yeni xətlə” çəkilir.
Qeyd edək ki, Tavuş rayonunun erməni sakinləri Qazaxın işğalda olan 7 kəndindən anklav olmayan 4 kəndinin qaytarılmasına etiraz edirlər. 1990-92-ci illərdə işğal olunan bu kəndlərin Ermənistan ərazisinə heç bir aidiyyəti olmamasına baxmayaraq, müxalifətin qızışdırdığı yerli sakinlər işğalı davam etdirməyə təhrik edirlər.
- Maduro tutularkən ABŞ hərbçilərindən nə xahiş edib?
- Maduronun saxlanılandan sonra ilk - Fotosu
- ABŞ Maduro ilə həyat yoldaşını ələ keçirdi - Təcili
- Moskvadan Gəncəyə uçmalı olan təyyarə gecikir
- Rusiya üçün döyüşən daha bir azərbaycanlı öldü - Foto
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi