Əfqanıstanın qərbindəki Herat əyalətində silahlı şəxslərin məscidə hücumu nəticəsində 6 nəfər həlak olub, daha 1 nəfər yaralanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Abdul Matin Qani bildirib.
Onun sözlərinə görə, ölümcül insident əyalətin Qozara rayonunun Şəhrak bölgəsində axşam namazı vaxtı baş verib. Həlak olanların hamısı mülki şəxslərdir.
Məlumatda Tolo məscidinin Əfqanıstanda azlıq təşkil edən şiə icmasına aid olduğu qeyd edilib.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.
- Maduro tutularkən ABŞ hərbçilərindən nə xahiş edib?
- Maduronun saxlanılandan sonra ilk - Fotosu
- ABŞ Maduro ilə həyat yoldaşını ələ keçirdi - Təcili
- Moskvadan Gəncəyə uçmalı olan təyyarə gecikir
- Rusiya üçün döyüşən daha bir azərbaycanlı öldü - Foto
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi