Kifayət qədər maraqlıdır ki, Fransa səfiri qısa demarşdan və Makronun Azərbaycanla münasibətlərə dair məsləhətləşmələrə çağırışından sonra Bakıya qayıtmağa məcbur olub.
BUTA.TV xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko Fransa səfiri Ann Buayonun Azərbaycana qayıtmasına münasibət bildirərkən deyib.
“Parisin yenidən Bakıya təzyiqlərini davam etdirmək cəhdləri fiasko ilə başa çatır. Fransa çökür. Bu, bir daha onu göstərir ki, Azərbaycan hakimiyyətinin indiki halda qəti mövqeyi opponentlərini onu qəbul etməyə məcbur edir. Öz milli maraqlarını müdafiə etmək üçün aydın, sərt siyasət Azərbaycana mühüm üstünlüklər verir. O cümlədən Ermənistan-Azərbaycan nizamlanması yolunda”, - o bildirib.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan