ABŞ-nin Texas əyalətindən olan iki nəfər İran, o cümlədən Əli Xameneinin ofisi üçün qanunsuz olaraq on minlərlə dollar köçürmə etdiklərini etiraf edib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Məzməl Zeydi və Asim Nəqəvi 2018-2019-cu illər arasında xüms və yardım adı altında bu məbləğləri toplayaraq, Əli Xameneinin ofisinə və Yəmənə göndəriblər.
Toplanan pulların göndərilməsində İraqa ziyarət məqsədilə gedən 25 nəfərdən istifadə olunub.
Nazirlik adıçəkilən şəxslərin 2020-ci ilin avqust ayında həbs olunduqlarını və mühakimədən öncə günahlarını ertiraf etdiklərini qeyd edib.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan