Bu ilin sonuna qədər Ağdamın işğaldan azad olunan üç kəndinə köç təmin ediləcək.
BUTA.TV xəbər verir ki, bunu Ağdam, Füzuli, Xocavənd rayonları üzrə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ağdamda keçirilən "Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri" mövzusunda xüsusi sessiyada deyib.
O qeyd edib ki, Ağdamın Kəngərli kəndinə 292, Xıdırlı kəndinə 719, Sarıcalı kəndinə 203 ailənin köçürülməsi nəzərdə tutulur. Köçürülən əhalinin işlə təmin olunması üçün zavod və fabriklər inşa edilir.
B.Hacıyev əlavə edib ki, düşmənin ölü zonaya çevirdiyi Ağdamda hazırda infrastruktur işləri görülür.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan