Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı keçirdikləri tədbirlərin sayı artıb.
BUTA.TV xəbər verir ki, tədbir və konfranslar SEPAH və Qumdakı dini mərkəzlərin təşkilatçılığı ilə baş tutur.
Həmin tədbirlərdə iranlı mollalarla yanaşı, İranın ələ aldığı və təlimatlandırdığı Afrika qitəsindən olan qaradərili şiələr də çıxış edir, Azərbaycan Respublikasına qarşı Tehran rəsmilərinin iddialarını təkrarlayırlar.
Bu qəbildən olan tədbirlərdən birində İranın “Afrika gənclərinin nümayəndəsi” kimi qələmə verdiyi Məhəmməd Bah Azərbaycanda 5 min nəfərin şiə olduğu üçün həbsxanalara salındığını deyib.
“İşğalda olan Fələstin (İsraili nəzərdə tutur) və ABŞ-da hicab bağlamaq sərbəst olduğu halda, Azərbaycanda buna qadağa qoyulub, hicablı qadınlara şəxsiyyət vəsiqəsi və pasport verilmir”, - o iddia edib.
Tədbirdə İran hakimiyyətində təmsil olunan yüksək rütbəli mollalar, SEPAH komandirləri iştirak ediblər.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan