Söhbətin hansı qüvvələrdən getdiyini bilmirəm. Ümid edirəm ki, belə bir bəyanatla çıxış edənlərin bu il aprelin 24-də Rusiya parlamentarilərinin sorğusuna cavab göndərmək üçün kifayət qədər gücü olacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistan parlamentinin sədri Alen Simonyanın sözlərinə cavab olaraq deyib.
“Bizə belə bir cavab gələndən sonra diqqətlə araşdıracağıq. İlk növbədə yəqin ki, Rusiya parlamentariləri bunu öyrənəcək və lazım gələrsə, ictimaiyyətə şərh verəcəklər. Ona görə də cavab hazırlamaq üçün sizə güc diləyirik”, - Zaxarova qeyd edib.
Xatırladaq ki, Alen Simonyan Ukraynanın ərazi bütövlüyünü tanıdıqlarını bildirib və Rusiyanı işğalçı adlandırıb. Bundan sonra Dövlət Duması Ermənistan parlamentinə sorğu göndərərək, bunun rəsmi mövqe olub-olmadığının izahını tələb edib. Alen Simonyan isə deyib ki, Ukraynanın ərazi bütövlüyünü Türkiyə də tanıyır, Rusiya isə Ankaraya bir söz demir, gücünü bizə göstərir.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan