NATO Rusiyanı Almaniya və Çexiyaya kiberhücum etməkdə ittiham edərək qınayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Alyans bəyanat yayıb.
“Kiberhücumlar NATO-nun demokratik institutlarını və milli təhlükəsizliyini zəiflətmək məqsədi daşıyır. Sözügedən hücumların Rusiya Hərbi Kəşfiyyatının tərkibindəki “APT28” adlı komanda tərəfindən törədildiyi bəlli olub. Müttəfiqlər həmçinin narahatlıqla qeyd edirlər ki, eyni təhlükə Litva, Polşa, Slovakiya və İsveç də daxil olmaqla, Alyansın digər təşkilatlarını, milli hökumət qurumlarını, kritik infrastruktur operatorlarını da hədəf alır. Təşkilat olaraq kiberhücum təhdidləri ilə mübarizədə əməkdaşlığımız davam etdirəcəyik”, - bəyanatda vurğulanıb.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan