Astana danışıqlar üçün şərait yaradaraq, Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bunu Qazaxıstanın Rusiyadakı səfiri Dauren Abayev bu yaxınlarda ölkə prezidenti Qasım-Jomart Tokayevin Azərbaycan və Ermənistan arasında Almatıda görüş keçirmək təşəbbüsünü şərh edərkən deyib.
“Əlbəttə, Qazaxıstan sülhlə bağlı bütün proseslərə kömək etməyə hazırdır. Bu, təkcə Rusiya və Ukrayna deyil, həm də Ermənistan və Azərbaycan, Suriya və İran məsələsidir. Vasitəçilik sözü yəqin ki, çox güclü səslənir, amma platforma təmin etmək, hər hansısa bir şərait yaratmaq üçün biz əlbəttə ki, hazırıq”, - deyə o qeyd edib.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan