İl boyu bu barədə heç vaxt danışmadım. Mənə olunan zənglərin hamısından imtina etdim. Heç bir zəngə cavab vermədim, heç bir televiziya kanalına bu haqda danışmadım. Yəqin ki, mən də çox böyük şok keçirtdim, bunu analiz edirdim özlüyümdə.
Kult.az xəbər verir ki, bu sözləri İctimai TV-nin efirində yayımlanan verilişlərdən birində xalq artisti Mehriban Zəki deyib.
Aktrisa bir il əvvəl həmkarı əməkdar artist Dilarə Əliyeva və onun həyat yoldaşı, əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dünyasını dəyişdiyi dəhşətli qəza ilə bağlı ilk dəfə geniş açıqlama verib.
“Avtomobil yolun kənarına çıxanda mən “Oqtay, Oqtay” deyib onu səslədim. İlk zərbədə mən huşumu itirdim. Sonra huşum ağlıma gələndə ilk Dilarənin səsini eşitdim. Deyirdi ki, Mehribanın üzü qandır, Oqtay. Hər şeyi dumanlı xatırlayıram. Özümə gələndən sonra sosial şəbəkələrdə gördüm. Naxoş olan şeylərdir onlar. Bir insanın qəzasını, onun faciəsini o şəkildə paylaşmazlar. Amma o şəkillərə baxanda o halım heç yadımda deyildi. Yadımda olan isə o idi ki, gözümü qaldırıb yerdə uzanan Oqtayı gördüm sonra yenə huşumu itirdim. Sonra hər dəfə mən gözümü açdıqca Dilarənin və Oqtayın vəziyyətini soruşurdum”.
Aktrisa Oqtay Əliyevin ölümünün ona bir gün sonra söyləndiyini deyib.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan