Vəfat edən uşaq bizim məktəbin 10 b sinif şagirdi Aslan Əliyevdir. Hadisə dünən olub. Araşdırma başlayıb.
Bu sözləri BUTA.TV-a İsmayıl Məmmədov adına 2 saylı Tərtər məktəb-liseyinin direktoru Gülarə Əkbərova iki məktəbli arasında düşən davanın təfərrüatı ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, dava edən digər məktəbli haqqında məlumatı yoxdur:
“Kimlə dava etdiyini və davanın hansı səbəbdən baş veriyini bilmirik. Müxtəlif versiyalar deyilir. İstintaq müəyyən edəcək. Artıq araşdırmalar başlayıb. Bizim eşitdiyimizə görə, Aslan ürəktutmasından dünyasını dəyişib. Çox təəssüf ki, belə bir hadisə baş verdi. Kollektivimiz bu acı xəbərə çox üzüldü. Şagirdimizin dəfn mərasimində də iştirak etdik”.
Qeyd edək ki, 6 mayda Tərtərdə iki məktəbli arasında dava baş verib. Nəticədə şagirdlərdən biri yumruq zərbəsindən sonra huşunu itirib və aparıldığı xəstəxanada ölüb.
Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan