AFFA Azərbaycan millisinin baş məşqçisi vəzifəsi üçün Türkiyə millisinin sabiq çalışdırıcısı Stefan Kuntzla danışıqlar apardıqları barədə yayılan xəbərlərə münasibət bildirib.
BUTA.TV xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədi Qol.az saytına açıqlamasında ad çəkməsə də, AFFA-nın hazırda bir neçə mütəxəssislə danışıqları davam etdirdiyini söyləyib:
"Milli komandanın baş məşqçi vəzifəsinə bir neçə namizəd var və onlarla danışıqlar davam etdirilir. Sadəcə məsələ məxfi olduğu üçün ad çəkə bilmərik. Yaxın vaxtlarda AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək və həmin toplantıda Azərbaycan milli komandasının baş məşqçi postuna təyinatla bağlı müzakirələr aparılacaq".
Qeyd edək ki, bu gün "Sky Sports" (Almaniya) AFFA-nın Stefan Kuntzla danışıq apardığı barədə məlumat yayıb. Bildirilib ki, almaniyalı mütəxəssis Kanada yığmasını da çalışdıra bilər. 62 yaşlı məşqçiyə hər iki ölkədən konkret təklif gəldiyi bildirilir. Onun xidmətində "Bavariya" da maraqlıdır.
Əlavə edək ki, ötən ilin sentyabrında Türkiyə millisindən istefaya göndərilən Kuntz Almaniyanın U-21 və Olimpiya yığmalarını da çalışdırıb. O, 2017-ci ildə Almaniya U-21 millisinə Avropa çempionu adını qazandırıb.
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan