Serbiya Prezidenti Aleksandr Vuçiç Belqrad hava limanında Çin Xalq Respublikasının sədri Si Szinpini təntənəli şəkildə qarşılayıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Tanjuq” agentliyi məlumat yayıb.
Çin lideri yerli vaxtla saat 21:35-də Belqrada eniş edib və burada onu Vuçiç, baş nazir Miloş Vuçeviç və parlamentin sədri Ana Brnabiç təntənəli şəkildə qarşılayıblar.
Si Szinpinin başçılıq etdiyi Çin nümayəndə heyətinin təntənəli qəbulu bu gün Belqradda planlaşdırılır. “Serbiya Palatası”nın hökumət kompleksində 400 nəfərlik Çin nümayəndə heyətinin səfəri ilə bağlı mərasim keçiriləcək. Həmçinin bayram naharı təşkil olunacaq, burada Çin Prezidenti ənənəvi serb təamlarından dadacaq, həmçinin serb və çin dillərində musiqi proqramı ilə tanış ola biləcək.
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan