Konkret hansısa tanınan şəxs haqqında məlumatın verilməsi həm etik deyil, həm də şəxsi məlumatların qorunması haqqında qanuna ziddir.
Bu sözləri BUTA.TV-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev əfv üçün müraciət edən tanınmışlar haqda danışarkən deyib.
“Əfv Komissiyasının iclasları davam edir və müraciətlər gəlməkdədir. 500-dən çox müraciətə baxılıb ki, bunların içində də müxtəlif növ cinayətlər törətmiş adamlar var. Amma konkret hansısa tanınmış şəxs haqqında məlumatın verilməsi həm etik deyil, həm də şəxsi məlumatların qorunması haqqında qanuna ziddir. Əfv etmək hüququ cənab Prezidentin müstəsna konistitusion səlahiyyətidir. Burada komissiya üzvləri edilən müraciətlərin təşkilatı-texniki tərəfləri ilə bağlı məsələlər üzərində çalışır və yekun rəy cənab Prezidentə təqdim olunur”, - Ə.Nuriyev bildirib.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə tanınmış şəxslərin bir çoxunun adından müraciətlərin ünvanladığını bildirib:
“Jurnalistlər, ictimai fəallar, blogerlərin siyahısını əfv olunmaları üçün komissiyaya təqdim etmişik. Üstəlik, bəzilərinin də məhkəmə zalından azad olunması üçün müraciət etmişik. Ümid edirik ki, nəticə olacaq”.
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan