Prezident Vladimir Putin Mixail Mişustinin yenidən baş nazir vəzifəsinə təyin edilməsini təklif edib.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Teleqram kanalında yazıb.
Volodin bildirib ki, baş nazirliyə namizəd ilk olaraq məruzə ilə çıxış edəcək, deputatların suallarını cavablandıracaq, daha sonra səsvermə keçiriləcək.
Plenar iclas saat 14:00-da (Bakı vaxtı ilə 15:00) keçiriləcək.
Qanuna görə, Dövlət Dumasının təsdiqləməsindən sonra prezident hökumətin başçısını təyin edir. Yeni baş nazir bir həftə ərzində dövlət başçısına federal icra hakimiyyəti orqanlarının strukturu ilə bağlı təkliflərini, iki həftə ərzində isə baş nazirin müavinləri və federal nazirlər (güc strukturları və XİN istisna olmaqla) vəzifəsinə namizədləri Dövlət Dumasının təsdiqi üçün təqdim etməlidir. Deputatlar təsdiq edərsə, prezident bütün təyinatları təsdiqləməlidir. Müdafiə Nazirliyi, FTX, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Xarici İşlər Nazirliyinin rəhbərləri Federasiya Şurası ilə məsləhətləşmələrdən sonra prezident tərəfindən təyin edilir.
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan