Bakının Ziya Bünyadov prospektinin 20 Yanvar istiqamətində, çermet körpüsündən hərəkəti tam dayanıb.
BUTA.TV xəbər verir ki, prospektə paralel olaraq yan küçə - Əhməd Rəcəbli ilə kəsişmədə də ciddi tıxac var və maşınların hərəkəti tam məhdudlaşıb.
Belə ki, Ziya Bünyadov proskektinin köməkçi yolu ilə hərəkət edən marşrut avtobusları işıqfordan sonra hərəkəti davam etdirə bilmirlər, qarşıdakı tıxac buna imkan vermir. Nəticədə yolu tam bağlayan marşrut avtobusların avtomobillərin Əhməd Rəcəbli küçəsinə hərəkətini də bloklayıb.
Ziya Bünyadov prospektində 20 Yanvar istiqamətində tam tıxanmanın səbəbi bəlli deyil.
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan