Park Hill MTK işğaldan azad olunmuş Ağdam şəhərində inşa edilən “Park Qarabağ” yaşayış kompleksində lüks mənzillərin satışına başlayıb. Bununla bağlı MTK sosial şəbəkələrdə elanlar yerləşdirib.
BUTA.TV Yenisabah.az-a istinadla xəbər verir ki, sözügedən MTK tərəfindən hazırda 3 otaqlı mənzillərin satışı həyata keçirilir. 135 kvadratmetr sahəyə malik olan mənzillərə sahib olmaq istəyən müştərilər ilkin olaraq evin ümumi dəyərinin 30 faizini ödəməlidir. MTK ilə müştəri arasında əldə olunmuş razılığa uyğun olaraq, yerdə qalan məbləği 36-48 ay ərzində faizsiz ödəmək mümkündür.
MTK-da bildirilib ki, mənzillərin 1 kvadratmetri tam təmirli şəkildə 1300 manatdan başlayan qiymətlərlə təklif olunur. Yaşayış kompleksi 2025-ci ilin mayına qədər hazır olacaq. MTK mənzillərin keyfiyyətinə təminat verir.
Qeyd edək ki, işğaldan azad edilmiş rayonlarda qeydiyyatda olan məcburi köçkünlər ailə üzvlərinin sayına uyğun olaraq, dövlət tərəfindən evlə təmin edilirlər. Özəl şirkətlər tərəfindən satışa çıxarılan mənzillərə sahib olmaq istəyənlərdən həmin rayona qeydiyyat tələb olunmur.
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan