Əqli gücü artıran, zəkanı kəskinləşdirən müxtəlif qidalar olduğu bilinir.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, bunlardan birinin adını məşhur tibb alimi İbn Sina əsrlər öncə açıqlayıb. Sağlamlıq sahəsində müxtəlif tədqiqatlar aparan və əsərləri günümüzə də işıq salan İbn Sinanın bəzi təklifləri bu gün də qüvvədə qalır.
İbn Sina özünün "Əl Qanun fit-Tıp" adlı kitabında zəkanın inkişafı üçün faydalı bir qida olduğunu elan edib. O bildirib ki, sözügedən qida acqarına istehlak edildikdə əqli gücü artırır. Məşhur həkimin haqqında bəhs etdiyi ədviyyat xardaldır. İbn Sina bu ədviyyatın sağlamlığa başqa faydaları olduğunu da qeyd edib.
Xardalın həmin faydalarını təqdim edirik:
- Sinusları açır.
- Qoturlara qarşı faydalıdır.
- Dalaq porblemlərini aradan qaldırır.
- Bəlğəm əleyhinə təsir göstərir.
- Xardal sürmə kimi istifadə edildikdə, göz xəstəliklərinə qarşı faydalı ola bilər.
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan