Maskdan geomaqnit qasırğası ilə bağlı açıqlama

18:26 - 11 May 2024 - GÜNDƏM

 Maskdan geomaqnit qasırğası ilə bağlı açıqlama

“Starlink” internet peykləri güclü geomaqnit qasırğası səbəbindən artan yüklə üzləşir.

BUTA.TV xəbər verir ki, bu barədə amerikalı iş adamı və "SpeysX" şirkətinin sahibi İlon Mask özünün sosial şəbəkə hesabında məlumat verib.

“Starlink” peykləri ağır yük altındadır, lakin hələlik onlar bunun öhdəsindən gələ bilirlər", - deyə o bildirib.

Mask əlavə edib ki, hazırda Günəş aktivliyi səbəbindən qeydə alınmış geomaqnit qasırğası uzun illər ərzində ən güclüdür.

Qeyd edək ki, ABŞ Meteorologiya Xidməti 2003-cü ildən etibarən ilk dəfə Yerə çatan geomaqnit qasırğasının gücünün qiymətləndirilməsini maksimum G5 səviyyəsinə qaldırıb. Xəbərdarlıq olunub ki, geomaqnit qasırğası 2 günə yaxın davam edəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol