İranda ardıcıl iki zəlzələ oldu: yaralılar var

00:46 - 12 May 2024 - GÜNDƏM

 İranda ardıcıl iki zəlzələ oldu: yaralılar var

Şənbə günü İranın Fars əyalətinin Ahel şəhərində 4,6 və 2,8 bal gücündə iki zəlzələ baş verib.

BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 4,6 bal gücündə birinci zəlzələ mayın 11-də Tehran vaxtı ilə saat 13:56-da Fars əyalətinin Ahel rayonunda qeydə alınıb. İkincisi isə afterşok olub və saat 14:06-da eyni ərazidə baş verib.

Zəlzələlər yer səthindən 22 və 10 kilometr dərinlikdə baş verib.

Zəlzələnin episentrində yerləşən Aşkenan rayonunun yerli rəsmisi zəlzələ nəticəsində iki nəfərin yaralanaraq evlərini tərk etdiyini bildirib.

O, yaxınlıqdakı 300-dən çox evin zərər gördüyünü bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol