Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın 10-11 may tarixlərində Almatı şəhərində danışıqların nəticəsiylə bağlı iki fərqli rəy var. Birinci rəy bundan ibarətdir ki, heç bir razılaşma olmayıbsa, deməli, görüş nəticəsiz qalıb. İkinci rəyə görə isə danışıqlarda irəliləyiş qeydə alınıb.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Onun sözlərinə görə, Almatı görüşündən saziş mətninin çıxmayacağı əvvəlcədən bəlli idi:
“Zaman hələ tam yetişməyib. Buna baxmayaraq, iki günlük Almatı müzakirələri gələcək razılaşmanın əldə edilməsində növbəti mərhələ sayıla bilər. Almatı görüşünü işıqlandıran qazax jurnalist dostlarımdan biri ilə əlaqə saxladım. Görüşdən sonra yerli mətbuata açıqlama verilmədiyini söylədi. Eyni zamanda Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliyi görüşlə bağlı oxşar açıqlama yayımlayıblar. Bu açıqlamarda önəmli iki cümlə var: “Nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar. Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar”. Bu cümlələrin yazılması göstərir ki, Bakı və İrəvan danışıqlarda müsbət atmosferin davamında maraqlıdır, tərəflər ziddiyət yaradan məqamlara deyil, ortaq nöqtələrin tapılmasına üstünlük verirlər”.
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan