Sui-qəsdə məruz qalan Slovakiyanın Baş naziri Robert Fitso ölümlə həyat arasındadır və bu, təkcə ölkəsi üçün deyil, Macarıstan üçün də ağır itkidir.
BUTA.TV xəbər verir ki, bunu Macarıstan hökumətinin başçısı Viktor Orban deyib.
O xatırladıb ki, slovakiyalı həmkarı bir çox beynəlxalq məsələlər, o cümlədən Ukrayna münaqişəsi ilə bağlı onunla eyni fikirdədir:
“Slovakiyanın Baş naziri üçün dua edirik, onun üçün narahat oluruq və təbii ki, onun sağalmasını, tez bir zamanda işə qayıtmasını arzulayırıq. İndi Robert Fitso həyatı üçün mübarizə aparır, o, ölümlə həyat arasındadır. Lakin bu vəziyyətə siyasi nöqteyi-nəzərdən baxsaq, bu, Macarıstan üçün böyük itkidir, çünki Slovakiyanın Baş naziri sağalsa belə, bir neçə ay işləyə bilməyəcək”.
Orban hesab edir ki, qarşıdan gələn AP seçkiləri və Ukraynada davam edən münaqişə səbəbindən növbəti aylar Avropanın gələcəyi üçün son dərəcə əhəmiyyətli olacaq.
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik