Azərbaycanın İrandakı səfirliyi yeni məkanda fəaliyyət göstərəcək. Xarici İşlər Nazirliyinin açıqlamasından məlum olur ki, rəsmi Bakı terror aktından sonra bağlanan səfirliyin fəaliyyətinin bərpa edilməsi üçün Tehrandan təhlükəsizlik zəmanəti tələb edir. Səfirlik binasının yeni məkana köçürülməsi də təhlükəsizlik məqsədi daşıyır.
Bu, Bakı-Tehran xəttində münasibətlərin normallaşması atmosferinə uyğundur. Hərçənd:
- səfirliymizə qarşı törədilən terror aktının izi İran siyasi dairələrinə qədər gedir və terrorçu cəzalandırılsa da, bunu planlaşdırılanlar zərərsizləşdirilməyib, hələ də Tehran rejimində təsir imkanlarını saxlayırlar;
- İran daxilində Azərbaycana qarşı olan bu qrupların eyni addımı atmayacağına, yaxud başqa təxribatlar törətməyəcəyinə zəmanət yoxdur.
Terror aktının arxasındakı gücləri nəinki məhkəmə qarşısına çıxarmayan, ümumiyyətlə zərərsizləşdirməyən rəsmi Tehranın verdiyi zəmanət də yalnız vəddən ibarətdir. Bu baxımdan, səfirliyimizin yeni məkana köçürülməsi təhlükəsizliyin tam təmin ediləcəyini sual altında salır.
O da istisna deyil ki, İran daxilində Bakı-Tehran münasibətlərinin normallaşmasının əleyhinə olanlar səfirliyin yenidən açılmasının qarşısını almaq məqsədilə təxribat törədə bilər. İranın mühafizəkar elitasına bağlı media orqanlarının Azərbaycana qarşı antitəbliğat kampaniyasını yenidən gücləndirməsi də bu kontekstdə diqqət çəkir.
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik