Qara dənizdə gəmi batdı

14:34 - 18 May 2024 - GÜNDƏM

 Qara dənizdə gəmi batdı

Qara dənizdə Tanzaniya bayrağı altında üzən "Məhəmməd-Z" gəmisi batıb.

BUTA.TV xəbər verir ki, bu barədə Rumıniya Dəniz Administrasiyası məlumat yayıb.

Gəmi Rumıniyanın Sfıntu-Qeorqe şəhərindən 26 dəniz mili aralıda batıb.

Qeyd edilib ki, "Məhəmməd-Z"in ekipajı 11 nəfərdən - 9 Suriya və 2 Misir vətəndaşından ibarət olub. Onlardan 8-i xilas edilib. Digər 3 ekipaj üzvünün axtarışları davam edir.

Qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol