Bakıda "kokain" və "ekstazi" həblərini satmaq istəyən şəxs saxlanılıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə Xəqani küçəsində bir nəfərin narkotik vasitənin təsiri altında olması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbirlər nəticəsində həmin şəxs - 1984-cü il təvəllüdlü paytaxt sakini Fərid Bayramov saxlanılaraq Polis Bölməsinə gətirilib. Ondan güclü təsir edən maddələr olan 64 ədəd "lirika", 50 ədəd "ekstazi" həbləri, külli miqdarda kokain və 14 büküm bitki mənşəli sintetik narkotik vasitə olan "banzay" aşkar olunub.
F.Bayramov narkotikləri şəxsi istifadəsi ilə yanaşı satmaq niyyəti ilə əldə etdiyini bildirib.
Faktla bağlı 39-cu Polis Bölməsində toplanan material Səbail Rayon Polis İdarəsinə göndərilib. F.Bayramovun narkotikləri əldə etdiyi mənbənin müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir.
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik