Xəbər verdiyimiz kimi, bu gün İran Prezidenti İbrahim Rəisi və XİN başçısı Hüseyn Əmir Abdullahianın olduğu helikopter Şərqi Azərbaycan vilayətində qəzaya uğrayıb.
BUTA.TV xəbər verir ki, TASS nümayəndə heyətinin 3 helikopterlə hərəkət etdiyini bildirib. Rəisini daşıyan helikopterdən əlavə digər iki helikopter təhlükəsiz şəkildə mənzil başına çatıb.
Bildirilir ki, digər helikopterlərdə İranın energetika naziri Əli Əkbər Mehrabian və yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş uçub.
Qeyd edək ki, helikopter Şərqi Azərbaycanın Uzi və Pir kəndləri arasındakı Dizmar meşəsində qəzaya uğrayıb. Xilasedicilər hələ də qəza yerini tapa bilməyib.
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...