İranda təxminən iki aydan sonra prezident seçkisi keçiriləcək. Mühafizəkarlar öz tərəfdarlarından birinin prezident seçilməsinə çalışacaqlar. Ali dini lider də İbrahim Rəisini əvəz edəcək şəxsin mühafizəkarların düşərgəsindən olmasını istəyəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun fikrincə, İranda son prezident seçkisi səs verənlərin sayının xeyli azalmasıyla müşahidə olunmuşdu:
“Şərti islahatçılar kimi qiymətləndirilən qrupun seçkidə uğur qazanacağını söyləmək çətindir. Mühafizəkarlar İsrailin obrazında xarici düşmənlə mübarizə fonunda mövqelərini əllərindən verməməyə çalışacaqlar”.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...