Təyyarə qəzasında həlak olan Prezident İbrahim Rəisi də daxil olmaqla, dövlətin yüksək vəzifəli şəxslərinin pis hava şəraitində daşınması üçün köhnə, 45 illik helikopterdən istifadə etməkdə İran hakimiyyətinin özləri günahkardır.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu bəyanatla ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller çıxış edib.
Onun sözlərinə görə, ABŞ İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən rəsmi şəxslərin helikopter qəzasında həlak olmasına baxmayaraq, Tehrana, o cümlədən bu ölkənin təyyarələrinə qarşı sanksiyaları tam şəkildə saxlamaq niyyətindədir.
“Biz sanksiyalar rejiminə görə qətiyyən üzr istəmək fikrində deyilik. İran hökuməti öz təyyarələrindən terrora dəstək üçün avadanlıq daşımaq üçün istifadə edib. Bu baxımdan, İran hökumətinin istifadə etdiyi təyyarələrə qarşı sanksiyalar da daxil olmaqla, sanksiyalar rejimini tam şəkildə həyata keçirməyə davam edəcəyik”, - deyə o bildirib.
Amerika xarici siyasət idarəsinin nümayəndəsi deyib ki, faciə ilə bağlı İrana rəsmi başsağlığı verilməsinə, eləcə də ABŞ-ın BMT Təhlükəsizlik Şurasında bir dəqiqəlik sükutda iştirakına baxmayaraq, Vaşinqton İrana və onun hökumətinə qarşı siyasətini əsaslı şəkildə dəyişməyib və bunu etməyəcək.
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi