Mayın 23-də saat 18:30-da İrəvanın Göy məscidinin iclas zalında İran Prezidenti İbrahim Rəisinin və onu müşayiət edən nümayəndə heyətinin üzvlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçiriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfirliyinin Mədəniyyət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, tədbir açıqdır və arzu edənlər şəhidlərin ruhuna ehtiramlarını bildirmək üçün Göy məscidə gələ bilərlər.
Qeyd edək ki, Ermənistan bütün ölkədən, o cümlədən İrəvandan azərbaycanlılara aid olan mədəniyyət və tarixi abidələri məhv edib. Göy məscid İrəvanda saxlanılan yeganə Azərbaycan abidəsidir. Bu abidəni İran təmir edib və təmir zamanı Azərbaycan memarlığının izləri silinib.
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi